Kaluqa vilayətinin Nekrasovo kəndində dəfndən bir gün sonra yaşlı kişinin qəbrini açıblar.

PRESSDAY.az Rusiya mediasına istinadən bildirir ki, mərhumun qohumları buna görə xidmətindən imtina etdikləri dəfn agentliyini günahlandırırlar.

Dəfndən sonrakı gün qohumları yada salmaq üçün gələndə dəhşətli mənzərə ilə üzləşiblər: tabut çıxarılıb, əklillər əraziyə tökülüb, xaç da yerində olmayıb.

Məlumata görə, dəfnə qədər dəfn agentliyinin əməkdaşları qəbiristanlıqda adam basdırmağın icazə vermədikləri ilə bağlı ailəyə xəbərdarlıq ediblər.Səbəbini izah etməyiblər.

Guta agentliyin direktoru əgər ailə xəbərdarlığa məhəl qoymasa, tabutun çıxarılacağına da söz verib. Mərhumun ailəsi əmindir ki, agentlik vədinə əməl edib.


XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest

loading...