Rusiya Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovski 6-cı dəfədir prezidentliyə namizədliyini irəli sürür.

Rusiya mediasında onun ulu babaları, nəsli-nəcabəti haqqında araşdırma aparılıb.

Vladimir Volfoviç Jirinovski 1946-cı ildə Qazaxıstanın keçmiş paytaxtı Almatıda anadan olub. O, 1980-cı illərin axırlarından qeyri-adi, hərdən də rüsvayçı siyasətçi kimi tanınmağa başlayıb.

Prezidentliyə namizəd demək olar yarım əsr əvvəl Qalina Lebedeva ilə evlənib. Vladimir Volfoviç genealogiya ağacını bu günlərdə RLDP-nin üzvü və Dövlət Dumasının deputatı olan oğlu davam etdirir. Jirinovskinin iki böyük nəvəsi - əkizlər Aleksandr və Sergey var.

Ata xətti

Atası Volf Eydelşteyn 1907-ci ildə Qərbi Ukraynanın Kostopol şəhərində yəhudi ailəsində anadan olub.

Namizədin babası və nənəsi, Volfun valideynləri (onlar İtsax və Rivka adalanırdılar) mebel və tikinti materiallarını istehsal edən fabrikin sahibləri olublar.

İşləri 1917-ci ilə qədər, Rusiya imperiyası Birinci dünya müharibəsi başlayana, sonra inqilab olana qədər yaxşı gedib. Kostopolu ələ keçirən Almaniya ordusu 1918-ci ildə Eydelşteynlərin fabrikini yandırıb.

Sonralar, Qərbi Ukrayna Polşadan ayrılanda, Vladimir Jirinovskinin babası biznesini bərpa edib. Lakin fabriki saxlamaq onun üçün son dərəcə zərər gətirib – bunu arxivdən tapılan İtsax Eydelşteynin kredit tarixi də sübut edir.

İtsax fabriklə məşğul olanda oğlu Volf doğma şəhərdə orta təhsil alıb, universitetdə oxumaq üçün Fransanın o qədər də böyük olmayan şəhəri Qrenobla gedib. Orada 7 il, 1932-ci ilə qədər yaşayıb. O, Fransada mühacir ola bilərdi, ancaq anasının səhhəti ilə bağlı xəbərə görə Kostopola qayıtmağa məcbur olub.

1939-cu ildə Qərbi Ukraynanı Qırmızı ordu ələ keçirir. Eydelşteynlərin fabriki milliləşdirilir.

Ukrayna torpaqlarının tam sovetləşdirilməsi başlayır. Bu, zorakı kollektivləşmə və repressiyalarla nəticələnir. Volfu varlı ailənin üzvü kimi 1941-ci ildə Almatıdakı əmək düşərgəsinə göndərirlər. O, orada sərbəst sürgünçü statusu alır və işə düzəlir.

Vladimir Jirinovskinin nənəsi və babasını (Volfun valideynləri) İkinci dünya müharibəsi başlayanda almanlar güllələyirlər.

Ana xətti

Vladimir Jirinovskinin anası – Aleksandra Makarova 1912-ci ildə Penza quberniyasının Lauşki kəndində doğulub. Onun gəncliyi yaradıcılıqla keçib – Aleksandra Penza balet məktəbində bir il oxuya da bilib. Bir az sonra, 1928-ci ildə dövlət təhlükəsizlik orqanının əməkdaşı Andrey Jirinovskiyə ərə gedir.

Ailə tez-tez yerini dəyişib, ona görə ki, Andrey Jirinovski gah Sızranda (Samara vilayəti), gah Sasovoda (Ryazan vilayəti), gah da Leninqradda xidmət edib.

O, şimal paytaxtında “NKVD”nin Moskva-Leninqrad hökumət yollarının təhlükəsizliyinə cavabdeh olan nəqliyyat şöbəsinə rəhbərlik edib.

Andrey Jirinovski 1939-cu ildə vərəm xəstəliyinə yoluxub. Həkimlər deyiblər ki, ona daha yumşaq iqlim lazımdır, buna görə onu Almatıya xidmətə keçiriblər. Həmin an onların Aleksandra ilə artıq 5 uşağı olur.

Andrey Jirinovski Almatıda Türküstan-Sibir dəmir yolu meşə şöbəsinin rəisi olur. Onun həmkarı Volf Eydelşteyn (yuxarıda qeyd edildiyi kimi, onu bura Kostopoldan göndərmişdilər) olur. O, tez-tez Jirinovskigilərə qonaq gəlir.

1944-cü ilin iyul ayında Andrey Jirinovski vərəmdən ölür. Aleksandra azyaşlı uşaqları ilə, işsiz və pulsuz qalır.

Volf Eydelşteyn ona dəstək verir, onlar tez-tez ünsiyyətdə olurlar – nəhayət evlənirlər. 1946-cı ildə onların oğlu Vladimir (indiki prezidentliyə namizəd) doğulur.

Dramatik hadisələr bununla da bitmir. Vladimir Jirinovski dünyaya gələndə atası artıq yanında olmur – onu Polşaya sürgün edirlər. Aleksandra kiçik oğlu Vladimirə öz soyadını verir.

Yeri gəlmişkən, Jirinovskinin atası Polşadan İsrailə mühacirət edib və ömrünün sonuna kimi orada yaşayıb.

Siyasətçi dəfələrlə müsahibələrində deyib ki, atası ilə heç vaxt ünsiyyətdə olmayıb.

Jirinovskinin ailə tarixi tamamilə dramdır. Ana tərəfdən nənəsi Fiona Makarova (qızlıq soyadı Serquçeva) uzun müddət özünün ailə xoşbəxtliyi uğrunda mübarizə aparıb.

16 yaşı olanda valideynləri onu Kudryavov soyadlı qocaya ərə verməyə çalışıblar. Bu gənc qızın xoşuna gəlməyib və birbaşa toydan qaçıb.

O, Krasnoslobodsk şəhərinə gedib və tezliklə rus ordusunun əsgəri Pavl Makarovla görüşüb. Onlar 1906-cı ildə evləniblər – 5 övladları (o cümlədən Jirinovskinin anası Aleksandra) doğulub. Vətəndaş müharibəsi zamanı Pavel Makarov (siyasətçinin babası) yatalaqdan ölüb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest

loading...