ABŞ-ın keçmiş dövlət katibi, 2016-cı ildə Demokratlar Partiyasının prezidentliyə namizədi Hillari Klinton Hindistana səyahəti zamanı xəstəxanaya düşüb.

PRESSDAY.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, o, Radjastan ştatının Djodxpur şəhərində tibbi yarım üçün müraciət edib.

Klinton rentgendən və kompüter tomoqrafiyasından keçirilib. Müayinə zamanı keçmiş dövlət katibinin sağ biləyindən çat yeri tapılıb.

Siyasətçinin Hindistandakı hotelin vanna otağında sürüşərək yıxıldığı məlum olub.

Klintona bir neçə gün ərzində sakit qalmaq, həmçinin elastik bint sarımaq tövsiyə olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest

loading...