Buryatiyanın Severobaykal şəhərindəki seçki məntəqələrindən birinə kişi ayı kostyumu geyinərək gəlib.

PRESSDAY.az-ın Rusiya mediasına istinadən verdiyi xəbərə görə, videodan görünür ki, seçki komissiyasının üzvləri “ayı”nın adını necə siyahıda tapır, imza atmağı xahiş edir və bülleten verirlər.

Kişi bu kostyumda kabinəyə girə bilməsə də, ancaq prezidentliyə namizədlərdən birinə səs verir.

Sonradan məlum olub ki, ayı yerli sakindir. O, öz istəyi ilə ayı kostyumunda məntəqəyə pasportla səsverməyə gəlib, sonra isə yerli sakinləri əyləndirib.

Buryatiyada seçkilərin ümumilikdə şən keçdiyi bildirilir. Seçki məntəqələrindən birində səsverməyə gələnlərə qan təzyiqlərini ölçmək təklif olunur.

Kyaxtedəki seçki məntəqəsində arzulayanları masay ediblər.

Biçurski rayonundakı 53 saylı seçki məntəqəsində seçicilərə yemək – plov və kabab təklif olunur.


XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest

loading...