Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Ukraynaya gəlmək və bu ölkənin hüquq-mühafizə orqanlarının ona qarşı ittihamlarının əsassız olduğunu sübut etmək üçün məhkəmə qarşısında dayanmağa hazırdır.

PRESSDAY.az Ukrayna KİV-nə istinadən bildirir ki, Gürcüstanın eks-prezidenti bunu NEWSONE telekanalının efirində açıqlayıb.

“Mən Ukrayna qanunlarına, hətta əgər bu qanunların icraçıları tamamilə şarlatanlarolsa belə, tabe oluram. Mən istənilən an Ukraynaya gələcəyəm. Tələb edirəm ki, işi bərpa etsinlər. Mən Ukrayna məhkəməsindən mühakimə olunmağı tələb edirəm. Mən haqlı olduğuma tam əminəm”, - Saakaşvili vurğulayıb.

Ukraynanın üçüncü prezidenti bundan əvvəl bəyan edib ki, Ukrayna hakimiyyəti Putin üsulundan istifadə edir.

Xatırladaq ki, Kiyevin mərkəzində Mixail Saakaşvilinin martın 18-də mitinq planlaşdıran tərəfdarları saxlanılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest

loading...