Braziliya millisinin və PSJ-nin hücumçusu Neymar Fransada qalmağa hazırdır, lakin öz klubundan əməkhaqqının artılmasını tələb edir.

PRESSDAY.az bildirir ki, braziliyalı həftədə 1 milyon avrodan çox almağı arzulasa da, indiki müqaviləsi çərçivəsində 750 mil avro alır.

Məlumata görə, PSJ-nin prezidenti Nasser Əl-Helaifinin Braziliyaya gedən nümayəndələri bundan istifadə edərək 2022-ci ilədək nəzərdə tutulan müqaviləyə yenidən baxılmasını müzakirəyə çıxarıblar.

Mart ayının ortalarında xəbər verilib ki, Neymar atasından Madridin “Real” klubuna keçməklə bağlı danışıqlara başlamasının xahiş edib.

Braziliyalı Fransa çempionatının səviyyəsindən razı deyil.

Mediada həmçinin “Barselona” Neymarın karyerasını davam etdirəcək variantlardan biri kimi çəkilib.

Braziliyalı hücumçu PSJ-yə “Barselona”dan rekord məbləğə - 222 milyon avroya keçib.

Neymar bu mövsümdə bütün turnirlərdə 30 oyunda 28 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest

loading...