Kiyevin mərkəzində işğal olunan Krımda Rusiyadakı prezident seçkilərinin əleyhinə keçirilən aksiya baş tutub.

PRESSDAY.az-ın Ukrayna mediasına istinadən verdiyi xəbərə görə, aksiyada 50 nəfərə yaxın adam iştirak edib.

Aksiya iştirakçıları əllərində “Putin = Hitler”, “Təcavüzkarın Ukraynada seçkiləri olmayacaq”, “Raşka, seçkiləri özünə saxla, Krımı bizə qaytar”, “Krım – bu Ukraynanındır” yazılan plakatlar tutublar.

Bundan əlavə, aksiya iştirakçıları əllərində gətirdikləri kostyumlu müqəvvanın başına Rusiya prezidenti Vladimir Putinin sifəti ilan şəkil yapışdırıblar.

“Putin, Krımdan çıx get” deyib qışqıran iştirakçılar sonradan müqəvvanı yandırıblar.


XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest

loading...