Səhiyyə Nazirliyinin məlumatına görə, 2017-ci il ərzində 2115 nəfər narkotik istifadəçisi qeydə alınmaqla xəstələrin ümumi sayı 30131 (Bakı şəhəri üzrə 12061 nəfər) nəfərə çatıb.

PRESSDAY.az bildirir ki, bu, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyası Azərbaycanda narkotiklərə nəzarət sahəsində 2017-ci il üçün ölkə məruzəsində öz əksini tapıb.

Sənəddə qeyd edilir ki, onlardan 25139-u dispanser, 4992-si profilaktik, 1031-i anonim qeydiyyatdadır: “İstifadəçilər arasında 18 yaşa qədər 5 nəfər, 595-i qadın, 212 nəfəri toksikomanlardır.

Ötən il ərzində qeydiyyata götürülənlərin 1566-sı dispanser, 549-u profilaktik olub. 2017-ci ildə qeydiyyatdan çıxanların ümumi sayı 1432 nəfərdir”.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest

loading...