Türkiyə istənilən an İraq Kürdüstanının Sincat şəhərində hərbi əməliyyat keçirə bilər.

PRESSDAY.az bildirir ki, “Anadolu” agentliyinin məlumatına görə, bu bəyanatla prezident Rəcəb Tayyib Ərdoğan çıxış edib.

Dövlət başçısının sözlərinə görə, Ankara Bağdadla İraqdakı terror əleyhinə mövzunu müzakirə edib.

“Türkiyə Silahlı Qüvvələri istənilən an İraqın Sincar rayonunda PKK terrorçularına qarşı əməliyyata başlaya bilər”, - Ərdoğan söyləyib.

Qeyd edək ki, İraqın şimalındakı kürd qruplaşmalarını məhv edəcəklərini mart ayının ortalarında da söyləmişdi.



XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest

loading...