Səudiyyə Ərəbistanı hakimiyyəti 2017-ci ilin noyabr ayında 11 şahzadənin və 4 nazirin həbsindən sonra büdcəyə 100 milyard dollara yaxın pul qaytara bilib.

PRESSDAY.az bildirir ki, bu haqda CBS telekanalına krallığın vəliəhd şahzadəsi Məhəmməd ben Salman müsahibəsində deyib.

“Məbləğ 100 milyard dolları keçib . Əsl məqsəd pulu almaq yox, korrupsiyaçıları cəzalandırmaq və korrupsiya işin qarışanların qanun qarşısında duracağına dəqiq işarə vermək idi”, - o, söyləyib.

2017-ci ilin noyabr ayında Məhəmməd ben salmanın rəhbərlik etdiyi Səudiyyə Ərəbistanının Milli korrupsiya əleyhinə komitəsi 200-ə yaxın şahzadə, yüksək vəzifəli məmur və biznesmeni həbs edib.

Onlara çirkli pulların yuyulması, hakimiyyətdən sui-istifadə, rüşvətxorluq və israfçılıqla bağlı ittiham irəli sürülüb.

Yanvarayında məlum olub ki, Bloombergin varidatını 17,7 milyard dollar dəyərləndirdiyi həbs olunan şahzadə Əl-Valid bin Talal “ianə” etmək istədiyini bildirib.


XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest

loading...