Salyan şəhərində silsilə oğurluq edən rayon sakini saxlanılıb.

PRESSDAY.az bildirir ki, , Təbriz Xəlilbəyli küçəsi, ev 44-də qeydiyyatda olan və rayonun Arbatan kəndində yaşayan, 22 yaşlı Əliağa Həsənov Salyan şəhər sakini Mahmud Tağıyevin həyətindən 200 manat dəyərində 1 baş erkək xırdabuynuzlu heyvan oğurlayanda saxlanılaraq polis şöbəsinə gətirilib.

İlkin dindirilmə zamanı məlum olub ki, Əliağa Həsənov bu il yanvarın 7-də Arbatan kənd sakini Vüqar İmanovun həyətindən dəyəri 350 manat olan “Volf” markalı velosiped, fevralın 7-də Arbatan kənd sakini Feyzulla Feyzullayevə məxsus 350 manat dəyərində 1 baş qoç, martın 16-da isə yenə Arbatan kənd sakini Rafael Hüseynova məxsus, hər birinin dəyəri 140 manat olan 3 baş xırdabynuzlu heyvan oğurlayıb.

Məlumata görə, Rövşən Həsənov oğurluq etdiyi zaman qadın xalatından və gözünün rəngini dəyişmək üçün yaşıl linzadan istifadə edib.

Faktla bağlı Salyan rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.(report)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest

loading...