Sevinc Haqverdizadə

"Bütün dünya əsl soyqırım haqqında həqiqətləri bilməli, bu gün baş verən hadisələrin kökləri və mahiyyəti açılmalı, yanlış stereotiplər dağıdılmalıdır".

(Azərbaycan prezidenti Heydər Əliyevin 31 mart Azərbaycanlıların Soyqırımı Günü münasibəti ilə Azərbaycan xalqına müraciəti – Bakı şəhəri, 27 mart 2003-cü il)

1918-ci ilin martında Rusiya bolşeviklərinin rəhbəri Vladimir Lenin bolşevik Stepan Şaumyanı Qafqaz üzrə fövqəladə komissarı təyin edərək Bakıya göndərir. Martın 31-də Bakı şəhərində azərbaycanlıların kütləvi qırğını başlayır. Təkcə Bakıda mart qırğını zamanı iyirmi beş min müsəlman azərbaycanlı qətlə yetirilib. Daşnakların azərbaycanlılara qarşı soyqırımı yalnız Bakı ilə məhdudlaşmayıb. Qısa müddətdə Şamaxı, Quba, İrəvan, Zəngəzur, Qarabağ, Naxçıvan, Qarsda da azərbaycanlılara qarşı soyqırım törədilib. Ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirdilər. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan onlarla azərbaycanlı cəsədinin qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış, cinsiyyət orqanları doğranmışdı. Ermənilər uşaqlara acımadıqları kimi, yaşlılara da rəhm etməmişdilər. Gənc qadınların diri-diri divara mıxlanması, eləcə də ermənilərin hücumundan sığınmağa çalışan iki min nəfərin yerləşdiyi şəhər xəstəxanasının yandırılması da bu dəhşətli faktlar sırasındadır.

Burada belə sual yaranır. İnsan necə olur ki, belə vəhşi hala gəlib bu cür dəhşətli soyqırım törədə bilir? Təbii olaraq ermənilərin azərbaycanlılara qarşı etnik düşmənçiliyi var. Amma özünü xristian adlandıran bir millət necə bu qədər vəhşiləşə bilər? Xristianlığın müqəddəs kitabı İncildə “qonşunu özün kimi sevəcəksən” əmri olduğu halda, bu soyqırımı törədənlərin ideologiyası xristianlıqdan qaynaqlana bilməz. Bəs onda minlərlə azərbaycanlı müsəlmana qarşı törədilən terrorun qanlı ideologiyası nədir?

Gəlin araşdıraq


Soyqırım tapşırığını verən kimdir? Lenin. Leninin ideologiyası markisizm, ateizm, materializm və darvinizmdir. Lenin 1918-ci il iyunun 3-də Bakı kommunasının neft üzrə kommissarı və Fövqəladə Komisiyanın (ÇK) sədri Ter-Qabrielyana göndərdiyi sərəncamda deyir: “...Siz basqın zamanı Bakının tamamilə yandırılması üçün Terə hazırlıq işlərini aparmasını göstəriş verə bilərsiniz, həm də bunu dərc edərək Bakıda elan etsin”. Mənbə: Волкогонов Д.А. Ленин. Политический портрет. Ленинское рукописное распоряжение председателю Бакинской ЧК С. Тер-Габриэляну (link: http://leninism.su/works/99-v-i-lenin-neizvestnye-dokumenty-1891-1922/3637-dokumenty-1918-g-maj-iyun.html)

Soyqırımın icraçısı kimdir? Stepan Şaumyan. Şaumyan da Gürcüstanda ilk marksist dərnəkləri quran, Marks, Engels, Leninin kitablarını erməni dilinə tərcümə edən qatildir. Stepan Şaumyanın ən əsas erməni silahdaşlarından biri Anastas Mikoyandır. Bəs Mikoyan kimdir?

Mikoyan xalqımıza qarşı soyqırımın təşkili və həyata keçirilməsində xüsusi fərqlənmiş "Qızıl Qvardiya" dəstələrinin başçısı, Şaumyanın bolşevik yoldaşı və Stalinin ən yaxın silahdaşlarından biridir. Mikoyan ateist, kommunist,inqilabçı və terroristdir. Baxın Mikoyan öz ideologiyasının necə formalaşdığını belə ifadə edir:

“...İlk olaraq mən təbiətşünaslıq haqqında populyar broşürlər oxudum, sonra isə K.A. Timiryazevin "Bitkilərin həyatı" və Ç. DARVİNİN "NÖVLƏRİN MƏNŞƏYİ", "İNSANIN MƏNŞƏYİ VƏ CİNSİ SEÇMƏ" KİTABLARINI OXUDUM. Onlar mənim həyatın yaranması və inkişafına dair baxışlarımda böyük çevriliş etdi. BU KİTABLAR MƏNDƏ ŞÜURLU ATEİZMİN TƏMƏLİNİ QOYDU" (Anastas Mikoyan, “Так было”, “ВАГРИУС” nəşriyyatı).

Bir sözlə, 1918-ci ildə 50 mindən çox azərbaycanlının qətli ilə nəticələnmiş soyqırımın qanlı ideologiyası ermənilərin azərbaycanlılara qarşı etnik və irqi düşmənçiliyinə, eləcə də darvinist, materialist, marksist, ateist fikirlərə əsaslanır. Bu ideologiyalar güclü olanların həyatda qaldığını və zəif olanların məhv edilməli olduğunu irəli sürərək öz növbəsində irqçiliyi və soyqırımları leqallaşdırır.


XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest

loading...