Səudiyyə Ərəbistanda 4 min nəfərlik "Kart Çempionatı", İslam dünyasında təpkilərə səbəb olub. Kəbə İmamı da qumar oynayanlar arasında görülüb.

PRESSDAY.az-ın xarici mediaya istinadən bildirir ki, Səudiyyə Ərəbistanın paytaxtı və ən böyük şəhəri Ər-Riyadda Ərəb Yarımadası regionlarında "baloot" oyunu kimi tanınan, "Kart Çempionatı" keçirilib.

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Amerika səfərində Orta Şərqi yeni bir Avropa edəcəklərini söyləmişdi. 4 mindən çox iştirakçının qatıldığı çempionata müsəlman dünyasından da reaksiya göstərilib.

Apex Sərgi və Konfrans Mərkəzində keçirilən çempionata qatılan 4 min 112 nəfər böyük mükafat üçün yarışıb.

Dərəcəyə girənlərdən birinci yerə 500 min, ikinci yerə 250 min, üçüncü yerə 150 min, dördüncüyə isə 100 min Səudiyyə rialı verilib. Müqəddəs torpaqlarda keçirilən kart turniri reaksiyaları də bərabərində gətirib.

Səudiyyə Ərəbistanında ilk dəfə Kəbə imamı olaraq təyin olunan qara dərili İmam Adil əl Kelbanide “Kart Çempionatı”nda iştirak edib.

Kelbaninin oyun stolu arxasında əlində kağızlarla fotoşəkillərinin sosial mediada bölüşdürülməsi, "turnirin qanuniləşdirilməsi" səyi şəklində şərh olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest

loading...