Manisanın Sarıgöl rayonunda kənd təsərrüfatı vasitələri satan bir iş yerinin sahibi, gəlin almağa 15 traktörlük toy dəstəsi ilə gedib.

PRESSDAY.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, bəyi traktor üzərində görən gəlin və yaxınları, bir müddət çaşqınlıq yaşayıb.

26 yaşlı Hasan Güner Konak məhəlləsi Sarıgöl Avcılar Lokalı Parkındakı toyla evlənəcəyi 21 yaşlı Tuba Ünlüyü almağa, öz iş yeri və ətrafından təmin etdiyi 15 traktordan ibarət olan karvanla gəlin evinə gedib.

Kürəkəni traktor üzərində görən gəlin və yaxınları, bir müddət çaşqınlıq yaşayıb. Daha sonra kürəkənin istifadə etdiyi traktora gəlinliyi ilə minən Ünlü karvanla rayonda dövrə vurub.

Bəy Hasan Güner, jurnalistlərə verdiyi açıqlamada, toyunu unudulmayacaq bir şəkildə etmək istədiyi üçün traktorlardan yaranan karvanla gəlin almağa getdiyini söyləyib.

Gəlinin traktorlardan xəbəri olmadığını vurğulayan Güner deyib: "Biz onsuz da traktor işləri ilə məşğul oluruq. Traktor bu bölgənin dolanışıq mənbəyi olduğundan maşın əvəzinə traktorla gəlin almağa gedərək həyat yoldaşıma sürpriz etdim".

Gəlin Tuba Ünlü isə toy karvanının həyəcanını ikiyə bükdüyünü dilə gətirərək "Həyat yoldaşım həqiqətən sürpriz etdi. Onsuz da traktor işilə məşğul olurdu. Çox da gözəl oldu", - deyib.

Gəlin və bəy daha sonra toy zalına gedib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest

loading...