Aprelin 9-da Ermənistanın yeni seçilən prezidenti Armen Sərkisyanın inauqurasiyası keçiriləcək.

PRESSDAY.az-ın Ermənistan mediasına istinadən verdiyi xəbərə görə, mərasim Yerevandakı Karen Demirçiyan adına İdman-konsert kompleksində olacaq.

Beləliklə, Ermənistanın dördüncü prezidenti Armen Sərkisyan aprelin 9-dan vəzifəsinin icrasına başlayacaq.

Yeni prezidentin inauqurasiyası günü hökumət istefa verəcək.

Baş nazir seçkidsi aprelin 17-də parlamentdə keçiriləcək.

Ermənistanda prezident seçkisi martın 2-də keçirilib. Parlamentdə keçirilən seçkidə Armen Sərkisyanın lehinə 90, əleyhinə 10 deputat səs verib.

Parlamentin seçdiyi prezident 7 il fəaliyyət göstərəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest

loading...