“Crocus Group”un sahibi Araz Ağalarov Stonebriar Commercial Finance banka girov qoyulan ona məxsus olan Gulfstream G500 təyyarəsinə görə 20 milyon dollarlıq kredit borcunu təcili ödəməyə məcbur olub.

PRESSDAY.az
Rusiya mediasına istinadən bildirir ki, biznesmenin sözlərinə görə, ABŞ Maliyyə Nazirliyinin varidatları 1 milyard dollardan çox dəyərləndirilən 96 rusiyalı biznesmenin adı olduğu “Kreml məruzəsi”ni açıqladıqdan sonra bank təcili krediti ödəməsini tələb edib.

Əks halda kredit təşkilatının nümayəndələri təyyarəni müsadirə edəcəklərinə söz veriblər.

Ağalarov söyləyib ki, “Crocus Group” krediti şəxsi vəsaiti ilə ödəməyə məcbur olub.

İş adamı qeyd edib ki, onun şirkəti Qər bankları ilə işləmir. “Crocus Group”un əsas kreditçisi Sberbankdır.

Biznesmen təyyarəni 2014-cü ildə 44 milyon dollara əldə edib. O, bu haqda “Komsomolskya pravda”ya müsahibəsində bildirib.


XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest

loading...