“Forbes”in məlumatına görə, Rusiyanın dollar milyarderləri bir gündə ümumilikdə 12 milyard dollar itiriblər.

PRESSDAY.az bildirir ki, kapitallar biznesmenlərə qarşı yeni sanksiyaların tətbiqi nəticəsində Rusiyanın fond bazarının aşağı düşməsi səbəbindən azalıb.

Hamıdan çox zərər çəkən Oleq Deripaskanın En+, US Rusal holdinqləri və onunla bağlı 6 şirkətlərdir.

“Rusal” bugün xəbər yayıb ki, ABŞ-ın sanksiyaları onu texniki defolt təhlükəsi ilə üzləşdirib.

Bundan sonra dünya bazarında alüminium istehsalçısının kotirovkası Honkonq birjasında 50 faizdən çox aşağı düşüb, Deripaskanın varidatı isə 1,3 milyard dollar azalıb.

“Norilsk nikel”indəki onun tərəfdaşı Vladimir Potanın də bu qədər ziyana düşüb.

Bu şirkətin qiymətli kağızları səhərdən 16 faizdən çox ucuzlaşıb.

“Rusal”la bağlı olan SUAL Partners şirkətinin sahibi, daha bir oliqarx Viktor Vekselberq 1 milyard dollaya yaxın itirib.

“Forbes”in ekspertləri Deripaskanın varidatını bu gün 4 milyard dollar dəyərləndirir. Halbuki əvvəlcə bu göstərici 6,7 milyard dollar təşkil edirdi.


XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest

loading...