Belarus prezidenti Aleksandr Lukaşenko sərt zülallı pəhriz saxlayır.

PRESSDAY.az Belarus mediasına istinadən bildirir ki, dövlət başçısı bu haqda ölkənin böyük kütləvi informasiya vasirələrinin rəhbərləri və kollektivləri ilə görüşündə danışıb.

“Səhər 3 yumurta, naharda ət, axşam nə qədər istəsəm balıq yeyirəm”, - Lukaşenko gün ərzində qidalanmasından danışıb.

Belarus prezidenti qeyd edib ki, əsas qidalanma arasında az miqdarda yemək qəbul edir.

Onun sözlərinə görə, düzgün qidalanmaqla yanaşı, fiziki fəallıqdan ötrü idmanla məşğul olmaq da lazımdır.

Lukaşenkonun fikrincə, gündə iki saat idmana ayırmaq zəruridir.

Belarus lideri əlavə edib ki, ölkə sakinlərinin qəbul etdiyi məhsullarla qidalanır.

“Siz nə yeyirsinizsə, mən onlardan qəbul edirəm. Yalnız hər şeydən az miqdarda”, - o vurğulayıb.

Lukaşenko 2016-cı ilin sentyabrında deyib ki, kişilik vəzifəsini yerinə yetirmək üçün gündə bir tikə ət yemək lazımdır.

Dövlət başçısının fikrincə, vətəndaşlar hər gün idmanla məşğul olmalıdır, əgər buna vaxtları yoxdursa, ciddi qida rejiminə əməl olunmalıdır.

“Bəsdir yemək! Səhər maksimum 3 yumurta və bir fincan kofe, naharda – tərəvəz şorbası. Özünün kişi vəzifəni yetirmək üçün bir tikə ət də yemək olar, axşam isə kəsmik, vəssəlam”, - prezident məsləhət görüb.


XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest

loading...