ABŞ Konqresində Rusiyanın dövlət borcu və dövlət banklarına qarşı sanksiya paketi hazırlayır.

PRESSDAY.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, qanun layihəsinin mətni ABŞ parlamentinin sənədlər bazasında yerləşdirilib.

Qanun layihəsində Amerikanın fiziki və hüquqi şəxslərinə Rusiyanın dövlət borcu üçün tam qadağa tətbiqi nəzərdə tutulur.

Sanksiyalar altına Rusiya Maliyyə Nazirliyinin, Mərkəzi Bankının, yaxud Milli rifah fondunun buraxdığı və tədavül müddəti 14 gün olan kağızları düşür.

Qadağa eləcə də Sberbank, VTB, Rosselxozbank, Promsvyazbank, Xarici İqtisadiyyat Bank, Bank Moskva və Rusiyanın Qazprombanknın istiqrazları da aiddir. Sadalanan dövlət bankılarla ilə istənilən əməliyyatı bağlanır. Onların əqdləri ilə də sövdələşmələr qadağandır.

Qanun layihəsinin müəllifləri yeni sanksiyaların Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripalın zəhərlənməsinə cavab adlandırırlar.

ABŞ-ın Maliyyə Nazirliyi aprelin 6-da Rusiyanın top-menecerlərinin, biznesmenlərinin və məmurlarının düşdüyü yeni sanksiya siyahısı açıqlayıb.


XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest

loading...