Yerevanda keçirilən “Ermənistan dövləti naminə”nin təşəbbüsü ilə təşkil olunan etiraz aksiyasının iştirakçıları hakim Respublika Partiyasının binası yerləşən ərazidəki Tiqran Mets küçəsini bağlayıblar.

PRESSDAY.az-ın Ermənistan mediasına istinadən verdiyi xəbərə görə, iştirakçılar küçəsinin ortasında oturaraq Serj Sərkisyanın əleyhinə şüarlar səsləndirirlər.

Küçədə hərəkət dayandırılıb, tıxac yaranıb.

Xatırladaq ki, aksiya iştirakçıları baş nazir postuna namizədlik məsələsinin müzakirə edildiyi Respublika Partiyasının icra orqanının iclasına mane olmağa cəhd edirlər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest

loading...