Nyu-Yorkdakı Trump World Towerin keçmiş dalandarı Dino Sadjudin ABŞ prezidenti Donald Trampın nikahdan kənar uşağı olduğunu açıqlayıb.

PRESSDAY.az bildirir ki, o bu informasiyanı National Enquirer tabloidinə 30 min dollar almaqla söyləyib.

Məqalə nəşrdə çap olunmayıb, lakin dalandar ilə bağlanan razılaşma KİV-in əlinə keçib.

Müqaviləyə görə, Sadjudin bu məlumatları başqa kiməsə versə, yaxud sövdələşmə haqda danışsa, milyon dollar ödəməli olacaq.

Dalandarın sözlərinə görə, müqaviləni mətbuata sızmasını biləndə, çox təəccüblənib.

Dalandar National Enquirer nəşrinə Trampın Trump World Towerin əməkdaşlarından biri ilə sevişdiyi və və bu izdivacdan uşaq dünyaya gəldiyini söyləyib.

Qadın özü isə bu informasiyanı təkzib edir.


XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest

loading...