Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva gənc azərbaycanlı ixtiraçılar-dünyada şöhrət qazanmış Reynerci (Rainergy) startapının təsisçiləri Reyhan Camalova və Zəhra Qasımzadə ilə görüşüb.

PRESSDAY.az bildirir ki, görüşdə 15 yaşlı ixtiraçılar öz layihələri və gələcək planları barədə geniş məlumat veriblər.

Mehriban Əliyevanın sözlərinə görə, Azərbaycanda bu cür gənc istedadların olması onu hədsiz dərəcədə ruhlandırır və sevindirir. O, ölkəmizdə bu cür gənc nəslin formalaşması ilə fəxr etdiyini vurğulayaraq, dövlətdən onların layihəsinə lazımi dəstəyin göstəriləcəyini, ümumiyyətlə, gənc istedadlara və kiçik startaplara daim diqqət yetiriləcəyini qeyd edib.

Reynerci yağış sularını elektrik enerjisinə çevirən qurğudur. Onların icad etdikləri bu qurğu gələcəkdə alternativ enerji mənbələrinin inkişafında geniş imkanlar aça bilər.

“İstək” Liseyinin 9-cu sinif şagirdləri Reyhan və Zəhranın birgə ixtira etdiyi Reynerci qurğusu “Qlobal Sahibkarlıq Sammiti 2017”də geniş marağa səbəb olub, ABŞ prezidentinin müşaviri İvanka Tramp tərəfindən xüsusi qeyd edilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest

loading...