Daha bir model və gözəllik müsabiqəsinin iştirakçısı Alisiya Maçado ABŞ-ın indiki prezidenti Donald Trampın ona qarşı intim kələkbazlığı haqqında danışıb.

PRESSDAY.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, Venesuelada anadan olan Alisiya 1996-cı ildə “Kainat gözəli” müsabiqəsinin qalibi olub.

O vaxt müsabiqə brendinin sahibi məhz Donald Tramp olub.

Gözəl bu günlərdə etiraf edib ki, qələbədən sonra Tramp onu dəfələrlə yatağa aparmaq istəyib, imtina edəndə isə təhqir olunub.

O bu haqda Telemundo telekanalına açıqlama verib.

“O, dəfələrlə mənə intin münasibət təklif edib, ancaq imtina etmişəm. Siz tanımadığınız adamla tez-tez yatırsınız? Belə vəziyyət çox olub, sadəcə bu haqda heç vaxt danışmamışam”, - Alisiya Maçado söyləyib.

41 yaşlı Maçadonun sözlərinə görə, intim münasibətdən imtinadan sonra Tramp onun haqqında tamaçılarda mənfi rəy yaradıb. Bu səbəbdən Alisiyanın səhhətində problemlər yaranıb.

“Müsabiqədən sonra çəkim artdı, Tramp isə məni gözəl Piqqi adlandıraraq arıqlamağıma təkid etdi. Mən özümü adamların nəzərində hədsiz alçaldılmış hiss edirdim”, - Alisiya Maçado vurğulayıb.

Xatırladaq ki, bundan əvvəl ABŞ prezidenti Donald Trampla intim münasibəti haqda model Karen Makduqal “Playboy”a açıqlama verib.


XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest

loading...