Rusiya prezidenti Vladimir Putinin 2017-vi ildə qazancı ötən ildəkindən kifayət qədər çox, 18,73 milyon rubl olub.

PRESSDAY.az-ın Rusiya mediasına istinadən verdiyi xəbərə görə, bir il əvvəl onun gəliri 8,86 milyon rubl, 2015-ci ildə isə 8,9 milyon rubl təşkil edib.

Baş nazir Dmitri Medvedyev 2017-ci ildə 8,56 milyon rubl qazanıb.

Vladimir Putinin bəyannaməsində 2017-ci ildə daşınar və daşınmaz əmlak siyahısı əvvəlki kimi qalıb – 1500 kvadrat metr torpaq sahəsi, 77 kvadrat metr mənzili və 18 kvadrat metr sahəsi olan qarajı var.

Prezidentin istifadəsində 153,7 kvadrat metrlik mənzil, 18 kvadrat metr sahəsi olan qaraj ərazisi var.

Bundan əlavə, Putinin mülkiyyətində iki ədəd nadir avtomobil – “QAZ M21”, “Niva” və “Skif” qoşqusu var.

Dmitri Medvedyevin də əmlak siyahısı dəyişməyib.




XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest

loading...