Yaxın Şərqdəki vəziyyətin gərginləşməsi fonunda neftin bir barrelinin qiyməti yaxın zamanda 100 dollara qədər artacaq.

PRESSDAY.az bildirir ki, bunu CNBC telekanalına neft-qaz analitikləri deyiblər.

“Mən əgər Yaxın Şərqdə nəsə baş verərsə, neftin qiymətinin üçrəqəmli həddə qədər artacağı ssenarisini tam real hesab edirəm”, - Akap Energy analitik şirkətinin banisi Aniş Kapadiya buna əmindir.

O əlavə edib ki, yarım il əvvəl bir barrel neftin qiymətinin 60-70 dollara qədər artacağını proqnozlaşdırıb.

Kapadiyanın sözlərinə görə, bazar iştirakçıları o vaxt gülsələr də, lakin indi bu real olub.

RVM Oil Associates neft şirkətinin analitiki də bu mövqeni dəstəkləyib.


XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest

loading...