Aprelin 14-də Milli Şura və Müsavat Partiyası Bakının Yasamal rayonunda yerləşən keçmiş "Məhsul" stadionunda birgə mitinq keçirib.

PRESSDAY.az bildirir ki, Bakı şəhər İcra Hakimiyyətinin razılığı ilə keçirilən mitinqdə AXCP sədri Əli Kərimli, Müsavat Partiyası İcra Aparatının rəhbəri Gülağa Aslanlı, yazar Zümrüd Yağmur, Vidadi Mirkamal, AXCP gənclər təşkilatının sədri Emil Səlimov, Müsavat Partiyasının başqanı Arif Hacılı və digərləri çıxış ediblər.

Bakı şəhər Baş Polis İdarəsi mitinqlə bağlı rəsmi məlumat yayıb.

Bildirildiyinə görə, saat 15.00-dan 17.00-dək davam edən aksiyada Azərbaycan Xalq Cəbhəsi, Müsavat və Azərbaycan Xalq partiyalarının, Müsəlman Birliyi və NİDA hərəkatlarının, eləcə də müxalifətyönümlü bir sıra qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 1000 nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.

İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.


XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest

loading...