Qəzza zolağının İsraillə sərhədindən 100 metr aralıda partlayış nəticəsində 4 fələstinli həlak olub.

PRESSDAY.az xarici mediaya istinadən bildirir ki, bu haqda Fələstin nümayəndələri məlumat verib.

Fələstinlilərin iddialarına görə, bir neçə nəfərin də yaralandığı partlayış İsrail tərəfdən tanklardan açılan atəş səbəbindən baş verib.

İsrail tərəfi isə bu ittihamı təkzib edib. Ordu nümayəndəsi deyib ki, İsrailə regionda hər hansı atışma ilə bağlı heç nə məlum deyil.


XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest

loading...