“Liverpul” öz meydanında İngiltərə çempionatının 34-cü turu çərçivəsində “Bornmut”un qapısına 3 cavabsız qol vurub.

PRESSDAY.az bildirir ki, Yurqen Kloppun komandası Sadio Mane, Məhəmməd Salah və Roberto Firminonun qolları sayəsində qalib gəlib.

“Liverpul” 70 xalla üçüncü sıradadır və ehtiyatda iki oyunu olan “Tottenhem”i 3 xal qabaqlayır.

İkinci sıradakı “Mançester Yunayted” (71 xalı var) sabah oynayacaq.

Qeyd edəki ki, “Tottenhem” bu dəqiqələrdə Londonda “Mançester Siti” ilə oynayır.

Bu gün baş tutan digər oyunlar belə nəticələnib:

“Bernli” – “Lester” – 2:1

“Kristal Palas” – “Brayton” – 3:2

“Haddersfild” – “Uotford” – 0:0

“Syonsi” – “Everton” – 1:1

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest

loading...