Prezident seçkilərinin keçirildiyi Çernoqoriyada seçki məntəqələri səhər saat 7:00-dan açılıb.

PRESSDAY.az xarici mediaya istinadən bildirir ki, yerli vaxtla saat 8:00-a olan məlumata görə, seçiçilərin 3,3 faizi səs verib, səsvermə saat 20:00-da başa çatacaq.

Seçkilərdə Çernoqoriyanın keçmiş prezidenti, hakim koalisiyanın lideri Milo Cukanoviç də iştirak edir. O, qalib gələrsə yeddinci dəfə ölkə prezidenti olacaq.

Namizədlər arasında “Əsl Çernoqoriya” patiyasının lideri Marko Milaçiç, Serbiya və Rusiyanın ittifaqının tərəfdarı, “Demokratik cəbhə” koalisiyasının namizədi Mladen Boyaniç, Ədalət və barış partiyasının lideri Xazbiya Kalaç, “Serb koalisiyası”ndan namizəd Dobrilo Dedeiç, yeganə qadın namizəd Draqinya Vuksanoviç də var.

Əgər heç bir namizəd 50 faizdən çox səs toplamasa, aprelin 29-da ikinci tur keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest

loading...