Suriya prezidenti Bəşər Əsəd rusiyalı parlamentarlara uşaqlarının 2017-ci ildə “Artek”dəki düşərgədə olduqlarını söyləyib.

PRESSDAY.az
Rusiya mediasına istinadən bildirir ki, bunu jurnalistlərə Dövlət Dumasının Suriya parlamenti ilə əlaqələr üzrə qrupunun koordinatoru, “Vahid Rusiya”nın vətənpərvərlik platformasının sədri Dmitri Sablin deyib.

“Biz ilk növbədə gənclərlə partiya işinə diqqət yetirmək, bir neçə həftəlik düşərgədə istirahət təşkil etmək istərdik. Mənim uşaqlarım ötən il “Artek”də olublar. Onlar bu səfərdən sonra Rusiyanı daha yaxşı tanımağa başlayıblar. Mənə bu günlərdə deyiblər ki, Krım körpüsünün tikintisi tezlikıə başa çatacaq”, - Sablin Suriya prezidentinin fikirlərini çatdırıb.

Rusiya parlamentarlarının rəsmi nümayəndə heyəti Suriyaya aprelin 11-də rəsmi səfər edib.



XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest

loading...