Birləşmiş Ştatlar Kremlin Bəşər Əsəd rejimini dəstəkləməsinə cavab olaraq Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyi planlaşdırır.

PRESSDAY.az bildirir ki, bu haqda “Daily Mail” Ağ evin mətbuat xidmətinin materialına əsasən məlumat yayıb.

Məlumatda qeyd edilir ki, Ağ ev və Maliyyə Nazirliyi bu informasiyanı operativ şərh edə bilməyiblər.

Moskvaya qarşı məhdudiyyətlərin genişləndirilməsinin mümkünlüyü haqda Atlantic Councilin eksperti Brayan О’Tul da məlumat verib.

Aprelin 13-dən 14-nə keçən gecə ABŞ, Fransa və BöyükBritaniya Suriyadakı obvyektlərə hava zərbələri vurublar.

Bu zərbələrə səbəb Suriya hakimiyyətinin kimyəvi silahdan istifadə etməsi olub.






XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest

loading...