Rusiya Dövlət Dumasının üzvləri Suriyada prezident Bəşər Əsəd ilə bir araya gəlib.

PRESSDAY.az
bildirir ki, bu haqda “Reuters” xəbər yayıb.

Məlumata görə, ABŞ, Böyük Britaniya və Fransanın Suriya əməliyyatı sonrası Əsədin əhvalının yaxşı olduğu bildirilərkən, hava müdafiə sistemləri üçün Rusiyaya minnətdar olub.

Suriya prezidenti Əsədin ötən həftə Şərqi Gutanın Duma bölgəsində kimyəvi silah istifadə etdiyi iddiası ilə yaşanan gərginliyin sonunda dünən ABŞ, Britaniya və Fransa birgə əməliyyat keçirərək bəzi kilid nöqtələri vurub. Əməliyyat sonrasında tərəflərdən ard-arda bəyanatlar gələrkən, Rusiya xəbər agentlikləri bölgədən xüsusi məlumat verib.

Rusiya xəbər agentlikləri, Əsədin bu gün Rusiya siyasətçi və deputatları ilə bir araya gəldiyini bildirib. Xəbərdə, Əsədin əməliyyat haqqında "təcavüzkarcasına bir mövqe" şərhini etdiyi ifadə edilərkən rusiyalı siyasətçilərin "Əsədin əhvalı yaxşı idi və Sovet dövründən qalma hava müdafiə sistemini tərifləyib" şərhini verdiyi qeyd olunub.

Əsədin Rusiyadan gələn ölkəyə səfər etmək dəvətini qəbul etdiyi qeyd olunub. Hələlik dəqiq tarixi məlum olmayan bu səfər Rusiyanın Hantı-Mansi bölgəsində baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest

loading...