Böyük Britaniya hakimiyyəti Rusiya prezidenti Vladimir Putinin yaxın ətrafı əleyhinə tədbirlər hazırlayır.

PRESSDAY.az
bildirir ki, bu haqda “The Sunday Times” qəzetinə Britaniya hökumətindəki mənbə məlumat verib.

Məlumata görə, Londonb yaxın zamanda Birləşmiş Krallıqda gizli aktivləri olan rusiyalı oliqarxlara qarşı maliyyə xarakterli tədbirlər qəbul edəcək.

Bundan əlavə, xəbər verilir ki, Britaniya xüsusi xidməti ölkəni yüksək vəzifəli şəxslərinə qarşı rusiyalkı hakerlərin təxribat hazırladığını öyrənib.

Hakerlər guya krallığın siyasi elitası haqda hazırladığı kompromatı açıqlamaq niyyətindədir.

Qəzet qeyd edir ki, ehtimal olunan hücum Böyük Britaniyanın ABŞ və Fransa ilə birlikdə Suriyaya hava zərbələrində iştirakına görə hazırlanıb.



XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest

loading...