İngiltərə çempionatının 34-cü turunda Londonun “Arsenal” klubu səfərdə “Nyukasl”a 2:1 hesabı ilə məğlub olub.

PRESSDAY.az bildirir ki, meydan sahiblərinin qələbə topunu 64-cü dəqiqədə şotlandiyalı yarımmüdafiəçi Mett Ritçi vurub.

Hesabı 14-cü dəqiqədə “Arsenal” Aleksandr Lyakazettin qolu ilə açsa da, “Nyukasl”dan Ayose Peres 15 dəqiqə sonra bərabərləşdirib.

“Arsenal” 54 xalla 6-cı sırada qalıb, 41 xalı olan “Nyukasl” 10-cu sıradadır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest

loading...