ABŞ-da qar, boran, yağış və dolu yağması nəticəsində ən azı 3 nəfər həlak olub.

PRESSDAY.az bildirir ki, bu haqda “Associated Press” məlumat yayıb.

Bildirildiyinə görə, Luiziana ştatında güclü külək uşağın yatdığı evin üstünə aşıb. Qız ölüb.

Viskonsində sükanı arxasında qadın olan sürücü idarəetməni itirməsi səbəbindən digər avtomobillə toqquşub. Qadın hadisə yerində ölüb, 4 nəfər yaralanıb.

Nebraskinin qərbində də idarəetməni itirməsi nəticəsində yolun kənarındakı yük maşınına çırpılan avtomobilin sürücüsü həlak olub.

Arkanzas ştatında güclü küləyə görə ən azı 4 nəfər xəsarət alıb.

Külək orada ağacları kökündən aşırıb, avtomobilləri çevirib, elektik xətlərini qırıb.

Buzlu yağış yağması səbəbindən Kanadanın Toronto şəhərində hava limanlarının fəaliyyətində ciddi problem yaranıb.

Polisdən verilən məlumata görə, Torontonun küçələrində 100-dən çox yol-nəqliyyat hadisəsi baş verib.


XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest

loading...