“Mançester Siti” İngiltərə çempionatının başa çatmasına 5 tur qalmş çempionluq titulunu təmin edib.

PRESSDAY.az
bildirir ki, Premyer-liqanın 34-cü turunda ikinci sıradakı “Mançester Yunayted” öz meydanında “Vest Bromiç”ə 1:0 hesabı ilə uduzaraq turnir cədvəlində birinci sıraya çıxmaq şansını itirib.

Qələbə qolunu ikinci hissədə ingiltərəli yarımmüdafiəçi Cey Rodriqes vurub.

“Mançester Yunayted” 71 xalla ikinci sırada qalıb, Xosep Qvardiolanın komandası 87 xal toplayıb.

“Mançester Siti” bununla 5-ci dəfə İngiultərə çempionu (1936/37, 1967/68, 2011/12, 2013/14, 2017/18) olur.


XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest

loading...