Vətəndaş müqaviləsi” partiyası siyasi şurasınn üzvü Nikol Paşinyanın tərəfdarlarının Yerevanda keçirdiyi aksiya ilə bağlı Ermənistan paytaxtının mərkəzi bağlanıb.

PRESSDAY.az Ermənistan mediasına istinadən bildirir ki, Paşinyanın sözlərinə görə, Arşakunyats, Maştots və Baqramyan prospektləri, Abovyan, Moskovyan və Saryana küçələri bağlanıb.

O qeyd edib ki, əslində Respublika Partiyası üzvlərinin evlərini müahisərəyə almağı planlaşdırıblar.

Polis isə Baqramyan prospektində hərəkəti dayandırmaqla aksiya iştirakçılarının parlamentin binasına tərəf isrəliləməsini əngəlləmək istəyir.

Paşinyan tərəıfdarları ilə polislər arasında qarşıdurma yarandığını təsdiqləyib.

Paşinyan və onun tərəfdarları Ermənistanın keçmiş prezidenti Serj Sərkisyanın baş nazir postuna namizədliyinin parlamentdə irəli sürülməsinə etiraz etməklə bunun baş tutmamasına cəhd edirlər.


XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest

loading...