İstintaq komitəsi Çerkizov bazarının keçmiş sahibi Telman İsmayılovun qardaşı, biznesmen Rafiq İsmayılova qarşı cinayət işinin araşdırmasını başa çatdırıb.

PRESSDAY.az Rusiya mediasına istinadən bildirir ki, onuTelman İsmayılovun sifarişi ilə iki iş adamının öldürülməsində ittiham edirlər.

Lakin Rafiq İsmayılovun müdafiəsi ümid edir ki, Baş Prokurorluq ittiham qərarını təsdiqləməyəcək.

Vəkillər əmindir ki, araşdırmanın gedişində çoxsaylı prosesssual pozuntulara yol verilib.

Bundan əlavə, müdafiə tərəfi hesab edir ki, ittiham qətlin icraçısı Mehman Kərimovun ifadələri əsasında hazırlanıb.

Rafiq İsmayılov cinayətlə bağlılığını inkar edir, iddia edir ki, Mehman Kərimov ömürlük azadlıqdan məhrum olunmasından yayınmaq üçün ona şər atıb.

Killer bir aya yaxın əvvəl 13 il azadlıqdan məhrum olunub.
Telman İsmayılov isə yeni video müraciətində qardaşının öldürülə biləcəyindən ehtiyatlandığını bildirir.

“Ehtiyat edirəm ki, onu məhkəməyə gətirməyəcəklər, onun məhv ediləcəyindən qorxuram. Ona görə hüquq-mühafizə orqanlarından və məhkəmədən xahiş edirəm ki, bu məsələyə, bu işə obyektiv yanaşsınlar”, - hazırda beynəlxalqaxtarışda olan Çerkizov bazarının keçmiş sahibi vurğulayıb.


XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest

loading...