Respublika Klinik Xəstəxanasının Hematologiya şöbəsinin nəzdində yerləşən Elmi - Praktiki Hemofiliya Mərkəzində 1595 xəstə dispanser qeydiyyatındadır.

PRESSDAY.az bildirir ki, bu haqda mərkəzin rəhbəri Elmira Qədimova məlumat verib.

Onun sözlərinə görə, 2017-ci ildə 53 hemofiliyalı xəstə ilkin qeydiyyata götürülüb.

Elmira Qədimova qeyd edib ki, Bakı, Sumqayıt və Mərkəzi Aran regionunda hemofiliyalı xəstələrin sayı artıb: "Hemofiliyalı xəstələrin sayı Bakıda 758 nəfər, Sumqayıtda isə 77 nəfər təşkil edir. Qeydiyyatda olan xəstələrin 21%-i isə 1-15 yaşında olanlardır".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest

loading...