Ağ evdə Suriyaya zərbə ilə bağlı 3 variant müzakirə olunub.

PRESSDAY.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, onlardan biri Rusiyanın bu ölkədəki obyektləri olub.

Bu səbəbdən ABŞ prezidenti Donald Tramp öz müşavirlərinə bunun mümkünlüyünə baxmağı təklif edib.

Məlumatda qeyd edilir ki, plana əsasən, Rusiyanın Suriyadakı obyektlərinə hücum ölkə prezidenti Bəşər Əsədin hərbi potensialını sarsıtmalı idi.

Bununla belə, Pentaqonun rəhbəri Ceyms Mettis Trampı bu addımdan yayındırmaqla, Moskvanın cavabının təhlükəli ola biləcəıyinə inandıra bilib.

İki digər variant kimyəvi silahlara dəxli olan Suriya obyektlərinə, eləcə də bir çox hədəfə, o cümlədən hazırlıq və tədqiqat mərkəzlərinə, hərbi komandanlıq məntəqələri olub.

Tramp nəticədə “hibrid variantı”nı seçib.

ABŞ Dəməşqi aprelin 14-də gevə 3 tərəfdən və havadan atəşə tutub. Hücumun məqsədi Suriyanın yeni kimyəvi silahdan istifadəsinə yol verməməsi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest

loading...