İzmirin Torbalı rayonunda bir maşının içərisində cəsədi yanmış halda olan iş adamı Murat Ö.nün qətlinin şübhəliləri həyat yoldaşı və 2 uşağı çıxıb.

PRESSDAY.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görəı, jandarmanın saxladığı aldığı Öznur Ö. ilə oğulları Batuhan və Hadi Ö. cinayəti etiraf edərək, qan dondurucu detalları danışıblar.

İzmirin Torbalı rayonunda dünən səhər saatlarında 2 kənd təsərrüfatı işçisi tərəfindən Ahmetli kəndi ilə Zeytinköy arasında yerləşən dağ yolunda yanmış bir maşının içərisində cəsəd tapılıb.

Meyitin tanınmaz halda olmasından dolayı kimliyini müəyyənləşdirməkdə çətinlik çəkən jandarm dəstələri hadisə ilə bağlı istintaqa başlayıb.

Murat Ö.yə aid olan 35 TTG 35 nömrəli maşının içərisindəki meyit, Adlı Tibb Müəssisəsinə göndərilib. Ö. ailəsi, maşın içərisindəki cəsədin Murat Ö.yə aid olub-olmamasının müəyyənləşdirilməsi üçün Adlı Tibb Müəssisəsində qan verib.

Nəticələrin çıxmasını gözləyən komanda, hər cür ehtimaldan istifadə edərək, Ö. ailəsini araşdırma altına alıb. Ertoğrul məhəlləsi 3023 küçə üzərindəki video kameradakı bir detal jandarmı hərəkətə keçirib. Gecə gec saatlarında Murat Ö.nün arabası ilə bir başqa avtomobilin eyni anda evin qarşısından hərəkət etdiyi fərq edilib. Buradan yola çıxan təhlükəsizlik qüvvələri, Murat Ö.nün xanımı Öznur Ö, oğulları Batuhan və Hadi Ö.yü şübhəli olaraq həbsə alıb. İfadəyə alınan bədbəxt adamın həyat yoldaşı və 2 uşağı cinayəti törətdiklərini etiraf edib.

Qan donduran ifadə

Yanaraq can verdiyi öyrənilən iş adamının həyat yoldaşı və uşaqları, deyilənə görə, ifadələrində cinayəti belə danışıb: “14 aprel axşamında ana və oğullar, Murat Ö.nün içməyinə yuxu gətirən həb qoyub. Onu içdikdən sonra yuxuya gedən Murad Ö.yə bir də iynə vuraraq tamamilə huşunu itirməsini təmin ediblər və xalçaya büküb maşına qoyublar.

Huşsuz halda Murat Ö. daha sonra Ahmetli kəndi ilə Zeytinköy arasında yerləşən dağ yoluna aparılıb. Avtomobili yola buraxan ailə, Murat Ö.yü də içində buraxaraq od vurub. Cinayətin niyə işləndiyi barədə hələ ki məlumat yoxdur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest

loading...