Yekatirinburq xəstəxanasının reanimasiyasında “Yeni gün” RİA-nın jurnalisti Maksim Borodin ölüb.

PRESSDAY.az
-ın Rusiya mediasına istinadən verdiyi xəbərə görə, o, aprelin 12-də beşinci mərtəbədən düşdükdən sonra bir neçə gün ərzində özünə gəlməyib.

Bu hadisənin qeyri-müəyyən vəziyyətdə baş verdiyi qeyd edilir. İnsidentlə bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparır.

Borodin Uralda Vaqnerin özəl hərbi şirkətinin döyüşçüləri haqda yazırdı.

O, mart ayında şəxsi mənbələrə istinad edərək Asbestə muzdluar Stanislav Matveev və İqor Kosoturovun meyitlərinin gətirildiyi haqda material hazırlayıb.

Digər bir jurnalistlə yazılan digər məqalədə söhbət Suriyada Sverdlovsk vilayətinin ən azı 30 sakininin vuruşmasından söhbət gedirdi.

Fevral ayında Suriyada Amerika hərbçilərinin atəşindən sonra Rusiya muzdlularının ölməsi haqda xəbər verilib. Moskva ilkin olaraq 5 rusiyalının öldüyünü təsdiqləsə də, ancaq çoxsaylı mənbələr itkinin daha çox olduğunu bildirirdi.



XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest

loading...