Ermənistanın hakim Respublika Partiyasının parlament fraksiyası və Daşnaksütyun koalisiyası üçüncü prezident Serj Sərkisyanın baş nazir postuna namizədliyini rəsmən irəli sürüb.

PRESSDAY.az
Ermənistan mediasına istinadən bildirir ki, fraksiyanın iclasının yekunu ilə bağlı aprelin 16-da parlamentin vitse-spikeri Eduard Şarmazanov məlumat verib.

“Respublika Partiyası və Daşnaksütyun prosedura müvafiq olaraq namizədliyi irəli sürüb. Sabah qanuna uyğun olaraq namizədliyi müzakirə edib səs verməliyik”, - o, söyləyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest

loading...