Serbiyada qızılca epidemiyasından ölənlərin sayı 15 nəfərə çatıb.

PRESSDAY.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, 2017-ci ilin payızından başlayan epidemiya səbəbindən 4740 nəfər xəstələnib.

Serbiya ictimai sağlamlıq institutunun nümayəndəsi Dariya Kisiç-Tepaçeviç 15 nəfərin ölməsi ilə yanaşı, 500 xəstədə ciddi fəsadlar, o cümlədən sətəlcəm və beyin iltihabının inkişaf etdiyini vurğulayıb.

Həkim qeyd edib ki, görülən tədbirlər müəyyən nəticələr verib, peyvənd edilən 12 aylıqdan 14 yaşadək insanların sayı 94 faizə çatıb.


XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest

loading...