İqtisadçı ekspertlərin qənaəttinə görə, neftin qiymətinin cari səviyyəsi dolların 2,00 AZN/USD səviyyəsini keçməsini əngəlləyir. Ona görə də ABŞ dolların rəsmi məzənnəsinin bu ilin ilk yarısında 1,80 AZN/USD səviyyəsinə qədər enməsi ehtimalı var.

"Hazırkı məzənnə Azərbaycanın tədiyyə balansının cari hesabının profisitə keçməsinə imkan yaradıb. Buna baxmayaraq, tədiyyə balansının maliyyə hesabının kəsirli olması son nəticədə tədiyyə balansının ehtiyat aktivlərinin dəyişməsini balanslaşdırıb və cüzi profisitlə bitməsinə səbəb olub. Tədiyyə balansı profisitinin 2017-ci ildə daha da artacağı proqnozlaşdırılır".

"Azərbaycanda dövlət və korporativ sektorun xarici borclarının tənzimlənməsi və uzunmüddətli olması yaxın illərdə neft qiymətlərinin 45 dollar/bareldən yuxarı qalması şərtilə dolların məzənnəsində kəskin artımın olmayacağını deməyə əsas verir. Belə ki, dolların məzənnəsinin kəskin artması iqtisadi aktivliyə də ciddi zərər verir. Bu da öz növbəsində gömrük və vergi yığımlarını azaldır, işsizliyin artmasına səbəb olur. Nəticədə, iqtisadi artım zəifləyir", - deyə analitiklər qeyd edir.

Təhlilçilər 2017-ci ildə neft qiymətlərinin 45-65 dollar/barel diapazonunda hərəkət edəcəyini, dolların məzənnəsinin isə 1,80 AZN/USD səviyyəsinə qədər geriləyəcəyini ehtimal edir:

"Rəsmi məzənnənin 2017-ci ildə 1,80-2,00 AZN/USD diapazonunda qalacağı gözlənilir.

Bunun digər bir səbəbi isə Azərbaycanın ticarət tərəfdaşı olan ölkələrdə yerli valyutaların möhkəmlənməyə başlamasıdır. Belə ki, Türkiyədə lirə son günlərdə 3,5% möhkəmlənib və prosesin davam edəcəyi gözlənilir. Rusiyada isə rubl uzun müddətdir ki, möhkəmlənir və minimal həddən 30% güclənib. Çin valyutasının məzənnəsi də bir qədər möhkəmlənərək 6,87 CNY/USD səviyyəsində sabitləşib.

Azərbaycan manatının bu vəziyyətdə möhkəmlənməməsi real effektiv məzənnənin kəskin azalmasına, bununla da idxal mallarının bahalaşmasına və inflyasiyanın sürətlənməsinə gətirib çıxara bilər".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest

loading...