“Bir verilişdə soruşdular ki, həyatında kimsə varmı? Dedim, iki ildir həyatımda heç kim yoxdur və mən özümü belə yaxşı hiss edirəm. Amma nədənsə bu sözlərimi boşanmağımla əlaqələndirdilər. Xəbərlər yazdılar. Halbuki bunun boşanmağımla heç bir əlaqəsi yoxdur”.

PRESSDAY.az xəbər verir ki, bunu “Erovisia-2011” mahnı müsabiqəsinin qalibi Nigar Camal deyib.

O, boşanması ilə bağlı müxtəlif söz-söhbətlər gəzdiyini, hətta onu qınayanların da olduğunu bildirib:

“Bir şərhdə yazmışdılar ki, yaxşı qadın boşanmaz. Dedim, onda belə çıxır ki, ölkədəki boşanan qadınların heç biri yaxşı deyil? Bu, düzgün yanaşma deyil. Həyat hər zaman dəyişir. Bəzən istəmədiyin şeyləri eləyirsən. Mən də evlənəndə deyirdim heç vaxt boşanmaram. Amma 7 ildən sonra boşandım. Çoxları qınayır, deyir ki, Nigar məşhur olandan sonra boşandı. Başqalarının düşündükləri ilə yaşasam, onda gərək özümü asam”.

Nigar Camal ikinci dəfə ailə qurması ilə bağlı sualı da cavablandırıb:

“Bilmirəm gələcəkdə həyatımda nə olacaq. İstərdim ikinci dəfə ailə qurum. Əlbəttə, üçüncü uşağım olsun istəyərəm. Amma əgər ikinci dəfə ailə qursam, mütləq Azərbaycanlı kişi ilə evlənəcəm. Başqa millətin nümayəndəsi ola bilməz. Hazırda sevgi həyatımda durğunluqdur.

Tanınmış insan olanda sevgi münasibəti qurmaq çətin olur. Söz-söhbətlər çox olur. Buna heç zamanım da yoxdur. İki ölkədə yaşayıram. Bu ölkədən başqa ölkəyə tez-tez uçuram. Həm də tək olanda özümü daha rahat və xoşbəxt hiss edirəm. Amma mənə eşq elan edənlər çoxdur. Artıq bunlara alışmışam”.

Bəs hansı kişilər Nigar Camalın diqqətini cəlb edə bilər?

Müğənninin sözlərinə görə, ilk növbədə qarşılıqlı hörmət olmalıdır. Hər iki tərəf bir-birinə hörmət və diqqətlə yanaşmalıdır:

“Tək sevgili yox, həm də dost olmağı bacarmaq lazımdır. Kişinin yumor hissi olmalıdır. Çox ciddi, qaşqabaqlı kişini sevə bilmərəm. Düşünürəm ki, kişi qəşəng olmamalıdır. Mən daha punktual insanları sevirəm. Bir də kişi məndən güclü olmalıdır. Məndən zəif kişiyə həyatımda yer yoxdur”.(ailem.az)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest