Hindistanın Karnataka ştatının Dxarvart şəhərində 17 yaşlı yeniyetmə dəfn olunmaq üçün qəbirstanlığa aparılanda dirilib.

PRESSDAY.az
-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, gəncin valideynləri deyiblər ki, bir ay əvvəl onu küçə iti dişləyib.

Bundan sonra oğlan yüksək hərarətdən əziyyət çəkib. Onun vəziyyəti kritik həddə çatanda xəstəxanaya aparılıb.

O, reanimasiyaya yerləşdirilib. Tibb işçiləri gəncin həyat təminatı aparatı olmadan yaşaya bilməyəcəyni deyiblər. Ancaq yaxınları maddi imkansızlıq səbəbindən sonrakı müalicədən imtina edərək oğlanı evə gətiriblər. Bir müddət onda həyat əlamətləri hiss edilməyib, valideynləri yeniyetmənin öldüyünü qərara alıblar.

Beləliklə, dəfn mərasimi təşkil olunub. Tabut şəhərdən kənddəki qəbirstanlığa aparılanda son məntəqəyə təxminən iki kilometr qalanda ağır nəfəs alan gənc ayılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest

loading...