ABŞ Federal Ehtiyat Sisteminin (FED) 2-günlük iclası başlayır.

İclasda uçot dərəcəsi ilə bağlı qərarın qəbul ediləcəyi gözlənilir. Qlobal maliyyə bazarlarını öyrənən analitilər FED-in uçot dərəcəsini bir addım, yəni 0,25 faiz bəndi artıracağına artıq əmindirlər.

Buna səbəb ABŞ-da açıqlanan iqtisadi göstəricilərin müsbət dinamikasıdır. Belə ki, ötən cümə günü açıqlanan statistik hesabata əsasən, ABŞ-da fevral ayında işsizlik göstəricisi 4,7% olub, kənd təsərrüfatı sektoru istisna olmaqla yeni iş yerlərinin sayı 200 min proqnoza nisbətən 235 min artıb. Həmçinin, fevralda saat hesabı əmək haqqı 0,2% artım göstərib. İqtisadi göstəricilərin müsbət tendensiyası inflyasiyanın hədəf səviyyə olan 2% həddinə yaxınlaşmasına və uçot dərəcəsinin artırılmaması halında hədəf səviyyəsini keçməsinə səbəb ola bilər.

Eksperlər FED-in martın 14-15-də keçirəcəyi iclasında uçot dərəcəsinin hər zaman olduğundan 2 dəfə çox - 0,5 faiz bəndi artıra biləcəyini istisna etmir: "Belə olduğu halda, ilin sonuna qədər FED-in daha bir dəfə faiz artırma qərarı alması mümkündür və qlobal maliyyə bazarı daha rahat nəfəs alar. FED uçot dərəcəsini 0,5% artırarsa, dollar qısamüddətli möhkəmlənsə də, daha sonra sərt bir şəkildə ucuzlaşacaq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest