ABŞ-ın Birləşmiş Millətlər (BMT) Daimi Nümayəndəsi Nikki Haley, BMT Təhlükəsizlik Şurasının Şimali Koreyanın nüvə proqramını nəzarət altına alacaq variantlarının tükəndiyini və ABŞ-ın bu məsələni Pentaqona təhvil verəcəyini söyləyib.

PRESSDAY.az
bildirir ki, Haley, CNN televiziyasına açıqlamada deyib: "Şimali Koreya çəkinmədən nüvə proqramına davam edərsə, ABŞ özünü və müttəfiqlərini müdafiə etmək məcburiyyətində qalacaq və Şimali Koreya yox olacaq. Hamımız bunun fərqindəyik, ancaq heç birimiz müharibə istəmirik".

Əllərindəki bütün variantları dəyərləndirdiklərini bildirən Haley, hərbi variantların də masa üzərində olduğunu xatırladıb.

ABŞ prezidenti Donald Trampın "Şimali Koreyanın ABŞ-ın qəzəb və hiddətlə qarşı-qarşıya qalacağı" təhdidinə baxmayaraq, Pxenyanın Goam adasını vurmaqla təhdid etdiyi, hidrogen bombası sınadığı və atdığı iki raketin Yaponiyanın üzərindən keçdiyi xatırladılaraq, "Tramp boş hədədə mi oldu” sualı yönəldilən Haley, deyib:

“Boş bir təhdid deyildi. Şimali Koreya məsuliyyətsiz davranarkən biz sorumlu davrandıq və bütün diplomatik yolları sınadıq. Təhlükəsizlik Şurasında edə biləcəyimiz hər şeyi etmiş vəziyyətdəyik. Şimali Koreya problemini məmnuniyyətlə general Mattisin ixtiyarına buraxa bilərəm, çünki onun bir çox hərbi variantı var. Biz məsuliyyət sahibi olaraq bütün diplomatik yolları sınamaq istədik, əgər bu olmasa, general Mattis zərurətinə baxacaq".


XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest

loading...