Tailandlı siyasətçi, Nakhonnayok əyalətindıki rayon rəhbəri Tambon Prasert yaxınlarda qanunsuz 100-dən qadını arvad kimi aldığını rəsmən etiraf etməyə məcbur olub.

PRESSDAY.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, o, KİV nümayəndələrini evinə özünün ailə həyatını işıqlandırmağa dəvət edib.

Çoxarvadlılıqla bağlı suala Prasert düzgün cavab verib: “Mənim 120 arvadım və 28 uşağım var”.

Tailandda çoxarvadlılıq qanunsuzluq sayılsa da, bu Prasertə mane olmayıb.

Daha gözlənilməzi odur ki, bütün arvadları bir-birini tanıyır və hətta belə ittifaqa razıdırlar.

Əlbəttə, o qısa müddətdə bu qədər arvadı tapmayıb.

“İlk nikaha 17 yaşım olanda girmişəm. Arvadım məndən bir neçə yaş balaca idi. Ondan sonra mənim digər qadınlarım olub. Onların əksəriyyəti gənc, məndən 20 yaş kiçik idilər. Yaşlı qadınlardan xoşum gəlmir – onlar çox söyürlər, deyingən olurlar”, - siyasətçi deyib.
58 yaşlı kişi uğurlu tikinti biznesinin də sahibidir.

“Mən tikinti podratçısıyam, haralarda ev tikməmişəm, hər yerdə mənim arvadım var. Mən onların hamısını sevirəm, onlar da məni”, - Prasert söyləyib.

KİV-dəki xəbərə görə, Tambon Prasertin 22 arvadı onun evinin yaxınlığında, qalanları Tailandın hər yerində yaşayır.


XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest

loading...